MİNGƏÇEVİR, 11 noyabr. TELEQRAF
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə teatr meydanında baş verib.
Avtomobil yolu keçmək istəyən 1984-cü il təvəllüdlü İsmayılov Samir Çingiz oğlunu vurub. Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.