BAKI, 11 noyabr. TELEQRAF
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanla ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" Layihəsi (TRIPP) üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini təsdiqləyən qanunu imzalayıb.
Teleqraf xəbər verir ki, bundan əvvəl Ermənistan parlamenti 63 lehinə, 32 əleyhinə və 0 bitərəf səslə Ermənistan və ABŞ arasında imzalanmış "Tramp Yolu" (TRIPP) strateji infrastruktur və tranzit müqaviləsinin ratifikasiyasını təsdiqləyib.