BAKI, 11 noyabr. TELEQRAF
KTMT sammiti iştirakçılarının qərarı ilə Ermənistan təşkilatda məsul vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mövzu müzakirə olundu, qərar qəbul edildi. Ermənistanın KTMT-də məsul vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi qərara alındı”, - deyə Peskov şərhində qeyd edib.