Çin qabaqcıl elmi peyk olan "Pathfinder"i uğurla kosmosa buraxıb.

Teleqraf xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasına (CASC) istinadən məlumat yayıb.

Şirkət bildirib ki, yeni peyk Çinin Daxili Monqolustan Muxtar Bölgəsindəki Jiuquan Peyk Buraxılış Mərkəzindən "Long March 2D" raketi ilə yerli vaxtla saat 19:41-də (Moskva vaxtı ilə saat 15:41) orbitə buraxılıb.

"Pathfinder" astronomik müşahidələr aparmaq üçün nəzərdə tutulub, lakin CASC peykin missiyasının təfərrüatlarını açıqlamayıb.

Pekin milli kosmik proqramını fəal şəkildə inkişaf etdirir, meteoroloji, telekommunikasiya və naviqasiya peykləri, eləcə də Ayın tədqiqi üçün texnologiyalar hazırlayır. Dövlət dəstəyi ilə Çin mütəxəssisləri asteroidləri və Marsı öyrənmək imkanlarını araşdırırlar. Beynəlxalq əməkdaşlıq üçün nəzərdə tutulmuş Çin kosmik stansiyası Yer orbitində fəaliyyət göstərir. 2025-ci ildə Çin öz rekordunu qıraraq 92 buraxılış həyata keçirib.