BAKI, 13 fevral. TELEQRAF
Avropa İttifaqı (Aİ) çərçivəsində qitədə ABŞ qoşunlarını əvəzləyəcək 100 min nəfərlik sürətli reaksiya qüvvəsi yaradıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin müdafiə üzrə komissarı Andrius Kubilius məlumat verib.
O əlavə edib ki, bu bölmə milli orduları əvəz etməyəcək, əksinə, onlarla birlikdə” fəaliyyət göstərəcək.
“Bu məsələ Aİ daxilində hələ yeni müzakirə olunmağa başlayır, hazırda qüvvənin necə adlandırılacağı və hansı formada yaradılacağı barədə aydın təsəvvür yoxdur”, - Kubilius əlavə edib.