BAKI, 6 oktyabr. TELEQRAF
“Öz resurslarımızı çıxarmaqla yanaşı, enerji təchizatı təhlükəsizliyimizi də qorumağa çalışırıq”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tədarük baxımından bir ölkəyə bağlı olmaq ciddi risklər yaradır. Avropalı dostlarımız Rusiya-Ukrayna müharibəsinin ilk aylarında bundan əziyyət çəkdilər. “Türk Axını” ilə bunun öhdəsindən gəldik”, - dövlət başçısı bildirib.