BAKI, 1 oktyabr. TELEQRAF
Danimarka Baş naziri Mette Frederiksen NATO-nu Rusiyanın addımlarına daha sərt cavab verməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, Rusiyanın NATO ölkələrinə PUA-larla müdaxilələrinə necə cavab veriləcəyini alyans daxilində daha dərindən müzakirə etməyi vacib sayır.
“Dürüst olmalıyıq və başa düşməliyik ki, bu, yalnız başlanğıcdır. Bütün avropalılar nəyin təhlükə altında olduğunu və nə baş verdiyini bilməlidirlər. Söhbət dronlardan və ya kiberhücumlardan istifadəyə gəldikdə, məqsəd bizi parçalamaqdır”, - baş nazir qeyd edib.
Xatırladaq ki, Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib.