BAKI, 29 sentyabr. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb ölkəsinin hava məkanında görünsələr, Rusiya pilotsuz təyyarələrinin vurulub-vurulmayacağı ilə bağlı suala mənfi cavab verib.

Teleqraf xəbər verir ki, Finlandiya lideri belə hallarda çox sərt reaksiyanın verilməməsinin vacib olduğunu bildirib.

Aleksandr Stubb ölkəsinin hava məkanını poza biləcək naməlum obyektlərin vurulmasına göstəriş verməyəcəyini deyib.

“Xeyr, bizim protokollarımız var. Biz əsasən, əvvəlcə yoxlayırıq, sonra elan edirik və sonra Hərbi Hava Qüvvələri nə edəcəyinə qərar verir”, - Finlandiya Prezidenti müvafiq suala cavabında qeyd edib.