BAKI, 29 sentyabr. TELEQRAF

Danimarka, Baltik dənizində bir neçə pilotsuz uçuş aparatının (PUA) müşahidə edilməsi fonunda Silahlı Qüvvələrin qırıcı təyyarəsini havaya qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə TV2 telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bornholm adasında polis şöbəsinin növbətçi zabiti ada üzərində qırıcı təyyarənin uçuşu haqqında məlumatı telekanala təsdiqləyib.

PUA-ların müşahidə edilməsindən sonra Norveçə məxsus bir neçə mülki təyyarə başqa hava limanlarına yönəldilib.