BAKI, 25 sentyabr. TELEQRAF
Rusiya PUA-larının hava məkanını dəfələrlə pozmasından sonra Türkiyə NATO təhlükəsizlik tədbirləri çərçivəsində Litvaya müvəqqəti xəbərdarlıq və nəzarət təyyarəsi yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“NATO Təminat Tədbirləri çərçivəsində Havadan Xəbərdarlıq və İdarəetmə Sistemimiz (AWACS) 22-25 sentyabr tarixlərində Litva hava məkanında missiya yerinə yetirir”, - qurum bildirib.
Nazirlik əlavə məlumat verməyib.
AWACS alçaqdan uçan dronları və yer radarlarının qaçırdığı digər obyektləri aşkar edə bilən sistemdir.
Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib.