BAKI, 10 sentyabr. TELEQRAF
Rusiya ordusunun Ukraynaya hücumu zamanı Polşanın hava məkanını pozan pilotsuz uçuş aparatları (PUA) məhv edilib.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, bu hadisə Avropa və NATO qüvvələri üçün ilk ciddi təxribat kimi qiymətləndirilir.
"Rusiyanın hücumu nəticəsində baş verən bu insident ölkə vətəndaşlarının təhlükəsizliyi üçün real təhdid yaradıb",- bəyanatda qeyd edilir.