BAKI, 19 avqust. TELEQRAF
"Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həlli üçün təhlükəsizlik təminatlarının müəyyənləşdirilməsində növbəti iki həftə həlledici olacaq".
Teleqraf xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron "LCI" telekanalına müsahibəsində deyib.
“Növbəti 15 gün amerikalılarla birgə təhlükəsizlik təminatlarının məzmununu müəyyənləşdirmək və bu işi başa çatdırmaq üçün çox vacibdir. Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və digər “könüllülər koalisiyası” ölkələri cəbhə xəttində deyil, hava, dəniz və quruda təhlükəsizlik təminatına yönəlmiş əməliyyatlara hazır olmalıdır. Sülh sazişi Ukraynaya öz ölkəsini bərpa etmək və sülh içində yaşamaq imkanı verməlidir. Ukrayna vətəndaşları isə sülh müqaviləsindən sonra təkrar hücuma məruz qalmayacaqlarına əmin olmalıdır”, - o qeyd edib.