BAKI, 7 avqust. TELEQRAF

“Ukrayna və Rusiya arasında real həll axtarışı liderlər səviyyəsində effektiv ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri hesab edir ki, məsələlər Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrlə həllini tapa bilər.

“Prioritetlər aydındır. Birincisi, qırğınların dayandırılmasıdır, məhz Rusiya atəşkəsə getməlidir. İkincisi, liderlər formatında görüşdür ki, davamlı olaraq sülh üzərində işləyə bilək. Ukrayna dəfələrlə bəyan edib ki, real həll axtarışı məhz liderlər səviyyəsində effektiv ola bilər. Belə formatın vaxtını müəyyən etmək lazımdır. Üçüncüsü, təhlükəsizliyin uzunömürlülüyü məsələsidir. Bu da ABŞ və Avropa ilə birlikdə bu mümkündür”, - dövlət başçısı vurğulayıb.

Zelenski əlavə edib ki, Ukrayna heç vaxt müharibə istəməyib və mümkün qədər məhsuldar şəkildə sülh üçün çalışacaq:

“Əsas odur ki, bu müharibəni başladan Rusiya təcavüzə son qoymaq üçün addımlar atsın”.