BAKI, 20 iyun. TELEQRAF

"İranın nüvə proqramına qarşı hərbi əməliyyatlar doğru cavab deyil".

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Makron vurğulayıb ki, İranın nüvə proqramı ciddi təhlükə yaradır və bu məsələdə yumşaqlıq göstərmək olmaz.

"Lakin heç kim bu təhlükəyə qarşı hərbi əməliyyatlarla cavab verilməsini ciddi qəbul edə bilməz".

O əlavə edib ki, İranda çox yaxşı qorunan obyektlər mövcuddur və hazırda zənginləşdirilmiş 60% uranın harada olduğu dəqiq bilinmir.

"Buna görə də bu proqram üzərində nəzarətin yenidən bərpa olunması, texniki ekspertiza və danışıqlar yolu ilə həll olunması vacibdir".