BAKI, 3 iyun. TELEQRAF

Moldova Xarici İşlər Nazirliyi Rusiya sərhədində təhlükəli vəziyyətlə əlaqədar ölkə vətəndaşlarına Rusiyaya vacib olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.

Teleqraf xəbər verir ki, Moldova XİN vətəndaşlara Rusiya sərhədində saxlanılma təhlükəsinin olduğunu bildirib.

“Xarici İşlər Nazirliyi və Moldova Respublikasının Moskvadakı səfirliyi Rusiya Federasiyasına zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edir”, - nazirliyin açıqlamasında deyilir.