BAKI, 23 may. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin Lqov şəhərinə endirdiyi raket zərbəsi nəticəsində yaralananların sayı 16 nəfərə çatıb.
Bu barədə regionun müvəqqəti rəhbəri Aleksandr Xinşteyn öz “Telegram” kanalında məlumat verib.
"Lqov şəhərinə endirilən raket zərbəsi nəticəsində yaralananların sayı 16 nəfərə çatıb. 14 yaralı, o cümlədən iki uşaq Kursk vilayət xəstəxanasına yerləşdirilib. Onlara lazımi tibbi yardım göstərilir. Təəssüf ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Həkimlərimiz onların həyatını xilas etmək üçün əllərindən gələni edirlər. İki nəfər ambulator müalicəyə buraxılıb", - məlumatda deyilir.