BAKI. 11 may. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Ukraynada bir neçə min Qərb hərbçisinin yerləşdirilməsi ehtimalını istisna etmir.
Teleqraf xəbər verir ki, bunu o, Fransanın “Le Parisien” qəzetinə müsahibəsində deyib.
"Əsas element Ukraynada qoşunların olmasıdır. Onların sayı bir neçə min nəfər ola bilər, lakin yüz minlərlə yox. Məsələ sayda deyil. Məsələ ondadır ki, biz orada - havada və ya cəbhə xəttindən uzaq strateji mövqelərdə ehtiyat qüvvələr qismində olacağıq" – Makron bildirib.
Nəşrin yazdığına görə, müsahibə Fransa lideri Polşadan Ukraynaya hərəkət edən qatarda olarkən alınıb. Daha əvvəl TF1 televiziya kanalı Makronun eyni qatarda müsahibəsini dərc etmişdi. Həmin müsahibədə prezident Ukraynada minlərlə və ya yüz minlərlə Avropa hərbçisinin yerləşdirilməsinin mənasız olacağını bildirmişdi.