BAKI, 16 aprel. TELEQRAF
Danimarka bir qrup hərbi qulluqçusunu Ukraynaya göndərməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Danimarka ordusunun komandanı general-mayor Peter Boysen məlumat verib.
“Göndəriləcək komandalar müxtəlif ordu alaylarını təmsil edir və Ukraynaya silahsız gedəcəklər”, - general vurğulayıb.
Boysen Ukraynaya göndəriləcək hərbi qüvvənin sayı barədə təfərrüatı açıqlamayıb.
Danimarka mətbuatı yazır ki, danimarkalı əsgərlər orada Ukraynanın hərbi təchizatı ilə təmin olunacaq. Məlumatda hərbçilərin Ukrayna PUA-ları üzrə təlim aldıqları da bildirilib.