BAKI, 11 aprel. TELEQRAF

Böyük Britaniya 5 il müddətinə Ukraynada qoşun yerləşdirmək imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Telegraph” məlumat yayıb.

Planın Britaniya və Avropadakı müttəfiqləri arasında müzakirə olunduğu bildirilir.

Avropanın rəhbərlik edəcəyi qüvvələr ilk növbədə Rusiyanı sülh sazişini pozmaqdan çəkindirmək və Ukrayna ordusuna toparlanmaq üçün lazım olan vaxtı vermək üçün göndəriləcək.

Xatırladaq ki, martda Böyük Britaniya Baş naziri Kir Starmer Rusiya ilə sülh sazişi bağlanacağı təqdirdə Ukraynaya sülhməramlı qoşunlar göndərməyə hazır olduqlarını açıqlamışdı.