BAKI, 23 mart. TELEQRAF

"Ukraynanın 2023-cü il böyük əks-hücumundan əvvəl uğur üçün ilkin şərtləri yox idi".

Teleqraf xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel “European Pravda” qəzetinə müsahibəsində deyib.

“Hərbi nəzəriyyəyə görə, uğurlu hücum üçün ən azı 3-ün 1-ə nisbətində qüvvələr balansı lazımdır. Bunun əvəzinə Ukrayna və Rusiya arasında qüvvələr balansı ikincinin xeyrinə idi. Buna görə də əks-hücumun bütün əraziləri azad etmək üçün kifayət qədər uğurlu olmayacağı tamamilə aydın idi”, - siyasətçi bildirib.

Onun fikrincə, indi respublikaya dəstək vermək lazımdır ki, o, malik olduğu ərazini qoruyub saxlasın. Tezliklə atəşkəs və sülhə şərait yarana bilsin.