BAKI, 25 noyabr. TELEQRAF

Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy hesab edir ki, Rusiya səfirinin ölkədən çıxarılması respublikada təhlükəsizlik vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Mixay Popşoy hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Rusiya səfirinin Moldovadan çıxarılmasının ölkənin təhlükəsizlik vəziyyətini yaxşılaşdıracağına əminlik olsaydı, belə bir qərar çoxdan qəbul edilərdi.

"Əgər Rusiya səfirinin Moldovadan çıxarılmasının ölkəmizdə təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdıracağına əmin olsaydıq, yəqin ki, belə bir qərar çoxdan qəbul edilərdi".

Bununla yanaşı, o, Rusiyanın Moldovadakı səfiri Oleq Ozerovun diplomatın ölkədən çıxarılacağı təqdirdə Moldova diplomatlarının Rusiyada fəaliyyət göstərə bilməyəcəkləri ilə bağlı bəyanatlarını şərh etməkdən imtina edib.

"Onun bu cür xoşagəlməz bəyanatları nə ilkdir, nə də sonuncudur".