BAKI, 25 noyabr. TELEQRAF
“Rusiya Ukraynadan çox şey istəyir və Baltikyanı regionda, Polşada, Qara dənizdə, hətta kosmosda da gərginliyi geniş miqyasda artırır”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Bundestaqda 2027-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib.
Mertsin sözlərinə görə, Ukraynaya dəstək təkcə Avropanın həmrəyliyi məsələsi deyil, həm də Almaniyanın öz təhlükəsizliyini qoruması üçün zəruri şərtdir. O qeyd edib ki, Almaniya əhalisi bu məsələnin əhəmiyyətini hələ tam dərk etməyə bilər.
“Bunu dərk etməyənlər ya dünyanın real mənzərəsini qavramırlar, ya da tamamilə fərqli məqsədlər güdürlər. Bu məqsədlər isə ölkəmizin azadlığına, açıqlığına və liberal dəyərlərinə ziddir”, - Fridrix Merts vurğulayıb.