BAKI, 27 noyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın Vladimir Putini qucaqlaması və onu “dostu” adlandırması Amerika liderinin öz işidir, amma bu, qəribə görünür”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“O, (Putin) təcavüzkar və qatildir, dost ola bilməz. Sadəcə, ola bilməz. Bu, İkinci Dünya müharibəsi zamanı kiminsə Hitler haqqında onun “yaxşı dost” olduğunu söyləməsinə bənzəyir. Xeyr, o, dost deyil”, - Zelenski BBC-yə müsahibəsində vurğulayıb.