BAKI, 25 noyabr. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa ölkələrinə nüvə dövlətini təxribata çəkməməyi və Rusiyanı aldatmaqla “ayını öz yuvasında oyatmamağı” tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Fransanın “Le Point” jurnalına müsahibəsində deyib
“Axı niyə nüvə dövlətini - bu “ayı”nı öz yuvasında oyadıb onu qıcıqlandırırsan? Buna nə ehtiyac var? Vaxtilə Minskdə toplaşıb razılığa gəlmişdik. Fransa və Almaniya liderləri də Minskdə idi. Bütün bu görüşləri burada təşkil etmişdim. Bizi aldatdılar. Merkel də bu barədə demişdi, baxmayaraq ki, mən buna inanmıram”, - Belarus lideri qeyd edib.