BAKI, 27 noyabr. TELEQRAF

Ukrayna ordusu gecə saatlarında Rusiyanın Tula vilayətinin Yefremov şəhərində yerləşən sintetik kauçuk zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Hücum fonunda müəssisədə partlayış və yanğın baş verib.

Söhbət 2025-ci il dekabrın 24-də hücuma məruz qalmış “Yefremov Sintetik Kauçuk Zavodu” ASC-dən gedir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmin hücumla əlaqədar zavodun “İskəndər” operativ-taktiki raket kompleksləri üçün bərk raket yanacağının istehsalında iştirak etdiyini açıqlamışdı.

Müəssisə sintetik kauçuk və polimer materiallar, o cümlədən bəzi bərk raket yanacağı növlərinin tərkibində istifadə olunan hidroksilsonlu polibutadien istehsal edir.