BAKI, 26 noyabr. TELEQRAF
“Rusiya Ukraynada xüsusi hərbi əməliyyata (müharibəni nəzərdə tutur - red.) başlayanda Qərb əsl niyyətini ortaya qoydu”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Məcburi xüsusi hərbi əməliyyatın başlanması Qərbi bütün kartlarını açmağa vadar etdi”, - nazir bildirib.
Sergey Lavrov qeyd edib ki, Avropa demək olar, hər gün öz planları barədə bəyanatlar verir, müharibəyə hazırlaşır və Ukraynada dərhal atəşkəs elan edilməsini tələb edir:
“Üstəlik, təcili bildirirlər ki, atəşkəsdən sonra uzunmüddətli nizamlanma olmayacaq. Döyüş əməliyyatlarını dayandırın, onlar da gəlib dərhal öz hərbi kontingentlərini yerləşdirəcək, Ukraynada hərbi bazalar yaradacaqlar. Bunu gizlətmirlər”.