BAKI, 27 noyabr. TELEQRAF
“MDB baş katibinin kabinetində birliyə üzv digər ölkələrin liderləri ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenskinin də portreti asılıb”.
Teleqraf xəbər verir ki, bunu MDB baş katibi Sergey Lebedev deyib.
Birlik rəhbəri bildirib ki, bunun səbəbi Ukraynanın MDB-dən çıxmaq niyyətini rəsmən bəyan etməməsidir.
“Etiraf etmək nə qədər təəssüf doğursa da, Zelenskinin portreti hələ də kabinetimdədir. Haqlısınız, o, hələ də əvvəlki obrazındadır. Hələlik asılıb və mən onu götürmürəm. Ukraynanın MDB-dən çıxmaq niyyətində olduğu barədə məlumat veriləndə, o zaman müvafiq tədbirlər görəcəyik”, - Lebedev MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar TASS-a müsahibəsində qeyd edib.