BAKI, 26 noyabr. TELEQRAF

“Bolqarıstan Ukraynaya hərbi yardım üçün vəsait ayırmaq niyyətində deyil, amma humanitar yardım göstərməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Bolqarıstan Baş naziri Rumen Radev Avropa İttifaqının növbədənkənar sammitindən əvvəl jurnalistlərə deyib.

O xatırladıb ki, Çexiya, Slovakiya və Macarıstan da Ukrayna üçün kreditə zəmanət verməkdən imtina edib.

Bolqarıstan Baş naziri Avropa Komissiyasının Rusiyaya qarşı 22-ci sanksiyalar paketi ilə bağlı planlarını, xüsusilə rusiyalı idmançılara viza verilməsinin qadağan edilməsi təşəbbüsünü də şərh edib. O, bu təşəbbüsləri dəstəkləməyəcəyini bildirib.