BAKI, 26 noyabr. TELEQRAF
Serbiya Prezidentinin səlahiyyətlərini icra edən, parlamentin sədri Aleksandr Çupiç yeni prezident seçkilərini dekabrın 27-nə təyin edib.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
Çupiç müvafiq fərmanı parlament binasının əsas zalında imzalayıb.