BAKI, 25 noyabr. TELEQRAF

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putini “hiyləgər və ağıllı” siyasətçi adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.

“Hiyləgər, ağıllı siyasətçi. Mən Putindən heç vaxt Ukrayna xalqını inkar etdiyini eşitməmişəm. Hətta Ukrayna dövlətinin mövcudluğunu da inkar etmir. Bu, onun daxili inamıdır. Əksinə, o deyir ki, biz birlikdə olmuşuq və birlikdə olacağıq. Mən də bu mövqedəyəm”, - Lukaşenko qeyd edib.