.jpg)
BAKI, 20 mart. TELEQRAF
Polşa baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqları gərginliyin azaldılması istiqamətində kiçik, lakin müsbət addım kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
“Çərşənbə axşamı Tramp və Putinin arasındakı danışıqlar bizi sülhə yaxınlaşdırır”, - Kosiniyak-Kamış bildirib.
Nazir qeyd edib ki, təhlükəsizliklə bağlı hazırkı vəziyyət martın əvvəli ilə müqayisədə daha stabil görünür.