BAKI, 14 mart. TELEQRAF

Polşa Prezidenti Anjey Duda ABŞ-nin Varşavaya nüvə silahları yerləşdirməsi çağırışını təkrarlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“ABŞ-nin nüvə silahları Polşanı Rusiyaya qarşı daha güclü və təhlükəsiz edəcək",- o qeyd edib.

O, həmçinin, Rusiya Prezidenti Vladimir Putin rəhbərliyindəki Moskvanın Polşa üçün cari təhlükə yaratdığını bildirib.