BAKI, 11 mart. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının (AŞ) baş katibi Alen Berset ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-AŞ tərəfdaşlığı və Ermənistanda bu qurumun dəstəyi ilə həyata keçirilən islahatlarla bağlı məsələləri müzakirə ediblər.

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və regional sabitliklə bağlı məsələlərə də toxunulub.