BAKI, 8 mart. TELEQRAF

Praqada 200 -ə yaxın siyasi fəal ABŞ Prezidenti Donald Trampın Ukrayna siyasətinə qarşı mitinq keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Çex Radiosu (Český rozhlas) məlumat yayıb.

Qeyd olunur ki, aksiya cümə günü axşam Praqanın mərkəzindəki Malostranske meydanında keçirilib.

“200-ə yaxın insan Kiyevə hərbi yardımı dayandıran Trampın anti-Ukrayna siyasətinə etiraz ediblər”, - radiostansiyanın məlumatında deyilir.

Tədbir “Demokratiya üçün milyon an” cəmiyyəti tərəfindən təşkil olunub. Təşkilatçılar vurğulayıblar ki, Avropa artıq özünün ənənəvi təhlükəsizlik müttəfiqi olan ABŞ-a arxalana bilməz və buna görə də avropalılar həmrəy olduqlarını və öz gələcəklərini, eləcə də Ukraynanı müdafiə etməyə hazır olduqlarını nümayiş etdirməlidirlər.