
BAKI, 6 mart. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronun nüvə ritorikasını ölkəsi üçün təhlükə adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə brifinqdə danışıb.
"Əlbəttə, bu, Rusiya üçün təhdiddir. Əgər o, bizi təhlükə hesab edirsə, Avropa ölkələri və Britaniyanın baş qərargah rəislərinin iclasını çağırırsa, Rusiyaya qarşı nüvə silahının tətbiqinə hazırlaşmaq lazım olduğunu söyləyirsə, bu təhlükədir", - Rusiya XİN rəhbəri vurğulayıb.
Həmçinin Rusiya xarici işlər naziri Makronun bəyanatlarını Hitler və Napoleonun sözləri ilə müqayisə edib.
"Onlar da deyirdilər ki, "Rusiyanı fəth etməliyik, Rusiyanı məğlub etməliyik"... Görünür, o da eyni şeyi istəyir, amma nədənsə deyir ki, Rusiya ilə mübarizə aparmalıyıq ki, o, Fransanı məğlub etməsin, Rusiya Fransa və Avropa üçün təhlükə yaradır".