
BAKI, 6 mart. TELEQRAF
"Ukraynadakı müharibə ABŞ və Rusiya arasında proksi müharibədir".
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Açığını deyim ki, bu, nüvə gücləri – Ukraynaya yardım edən ABŞ və Rusiya arasında proksi müharibədir və buna son qoyulmalıdır", - dövlət katibi bildirib.
Rubio təkid edib ki, "Ukraynaya nə qədər ehtiyacı varsa, nə qədər lazımdırsa, o qədər yardım göstərmək" strategiyası həll yolu deyil və heç kimin münaqişənin həlli üçün konkret planı yoxdur.