BAKI, 5 mart. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Sofi Prima bildirib.

"Planlaşdırılır ki, Prezident Makron, Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri ilə birlikdə yenidən Vaşinqtona gedəcək”,- o qeyd edib.