BAKI, 27 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Vaşinqtona səfərini ləğv etmək istəyib, amma Fransa Prezidenti Emmanuel Makron müdaxilə edərək, buna imkan verməyib.

Teleqraf xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, Zelenski ötən gün ABŞ administrasiyasından Vaşinqtona gəlməməyi tövsiyə edən mesaj alıb. Bundan sonra Ukrayna dövlət başçısı Trampdan onu qəbul etməsini xahiş etmək üçün Fransa prezidentinə zəng edib.

“Bundan sonra Tramp razılaşıb və Ukrayna liderini Ağ Evdə qəbul edəcəyini söyləyib”, - məqalədə deyilir.