
BAKI, 24 fevral. TELEQRAF
ABŞ və Polşa prezidentləri Donald Tramp və Anjey Duda arasında bir saat müddətində planlaşdırılan görüş cəmi bir neçə dəqiqə çəkib.
Teleqraf xəbər verir ki, bu barədə Polşanın “Notes” portalı məlumat yayıb.
Görüş Vaşinqtonda keçirilən Mühafizəkarların Siyasi Fəaliyyət Konfransı çərçivəsində baş tutub. Əvvəlcə danışıqların bir saat davam etməsi planlaşdırılırdı, amma Tramp tədbirə gecikib. Amerika liderinin konfransda çıxışı planlaşdırıldığı üçün polşalı həmkarı ilə görüş cəmi bir neçə dəqiqə davam edib.
Portal yazır ki, Duda Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra onunla görüşən ilk Avropa lideri olub.
Trampın bu həftə Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmerlə görüşəcəyi gözlənilir.