
BAKI, 19 fevral. TELEQRAF
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının səhhətində heç bir problem yoxdur.
Teleqraf xəbər verir ki, MHP baş katibi və millət vəkili İsmət Büyükataman Baxçalının səhhəti ilə bağlı yayılan iddialara münasibət bildirib.
Büyükatamanın açıqlaması belədir:
“Artıq bir müddətdir ki, bəzi anonim dairələrin sosial şəbəkələrdə sədrimiz Dövlət Baxçalının səhhəti ilə bağlı sistemli və məqsədli spekulyasiyalar apardıqlarını müşahidə edirik. Sədrimiz uğurlu əməliyyat keçirib və xəstəxanadan evə buraxılıb.
Uca Allaha şükürlər olsun ki, sədrimizin səhhəti son dərəcə yaxşıdır. Liderimiz Dövlət Baxçalı hazırda planlaşdırılmış istirahət müddətindədir və işini davam etdirir.
Qəsdən trol adları arxasında gizlənən, insanlarda çaşqınlıq yaratmağa çalışan Türkiyə və MHP düşmənləri, xaos həvəsi ilə əllərini ovuşduran şəxsiyyətsiz səfillər gördükləri yuxudan kabus içində ayılacaqlar”.