
BAKI, 17 fevral. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Ukraynada gedən münaqişənin tənzimlənməsini müzakirə etmək üçün Avropa İttifaqının (Aİ) liderlərini təcili görüşə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
"Liderlər bu gün Parisdə toplaşacaq, Ukrayna və Avropanın təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığı Avropa ölkələrinin narahatlığını artırıb, çünki onların maraqlarının ikinci plana keçəcəyi ilə bağlı şübhələr mövcuddur", – məlumatda bildirilir.
Qeyd edək ki, görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka liderləri, Aİ-nin yüksək rütbəli vəzifəli şəxsləri, eləcə də NATO-nun baş katibi Mark Rütte iştirak edəcək.