
BAKI, 16 fevral. TELEQRAF
"Ukrayna mümkün qədər ədalətli sülh sazişi və etibarlı təhlükəsizlik zəmanəti almalıdır".
Teleqraf xəbər verir ki, bu sözləri Çexiya Prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.
Çexiya prezidenti bildirib ki, Ukrayna Avropa Birliyinə və NATO-ya qəbul edilməlidir. Onun fikrincə, Kiyevin müttəfiqləri təkcə Rusiya ilə danışıqlara başlamaq deyil, həm də hərbi əməliyyatlar başa çatdıqdan sonra bərpa planı haqqında düşünməlidirlər.
“Biz həmçinin müharibədən sonrakı yenidənqurma barədə düşünməyə başlamalıyıq. Ukrayna üçün Marşal Planı əla ideya olardı. Biz Ukraynanı Aİ üzvlüyünə hazırlamağa çox uğurlu şəkildə başlaya bilərik”, - o qeyd edib.