BAKI, 10 sentyabr. TELEQRAF

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kamçıbek Taşiyev hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı üzrə bəraət alıb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Vəkil qeyd edib ki, iş yenidən təsnif edilib və K.Taşiyev iş üzrə seçki hüquqlarının pozulmasında ittiham olunur.