BAKI, 7 avqust. TELEQRAF

Tailandda məktəblərin birində şagird silahla ətrafa atəş açıb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, daha 15 nəfər isə yaralanıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, qanlı hadisə paytaxt Banqkokun şimalında yerləşən Nonthaburi əyalətində baş verib.

Atəş açan şəxs elə həmin məktəbin şagirdi olub. O, bu hadisəni törətdikdən sonra özünü də öldürüb.

Hazırda polislər hadisənin hansı səbəbdən baş verdiyini araşdırır.