BAKI, 21 iyul. TELEQRAF

Rusiya iyulun 23-dən Özbəkistandan olan beş ixracatçının bir sıra məhsullarının ölkəyə idxalına məhdudiyyət qoyacaq.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

Məlumata görə, həmin müəssisələr fitosanitar tələblərin pozulmasına görə ən çox qayda pozuntusuna yol veriblər.

Bu ixracatçılardan daxil olan malların əsas həcmini kələm, baş soğan, şüyüd, cəfəri, üzüm, çuğundur, pomidor və digər məhsullar təşkil edir.