BAKI, 9 noyabr. TELEQRAF
Çinin Şansi əyalətinin Tayyuan şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 14 nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə “Xinhua” agentliyi səlahiyyətli qurumlara istinadən məlumat yayıb.
Məlumata görə, yanğın Tayyuan şəhərinin Lyusyan Cənub küçəsində yerləşən binada baş verib.
Yanğının bir gün əvvəl başladığı bildirilib.