BAKI, 8 noyabr. TELEQRAF

COVID-19-un yeni PJ.2.1 ştammının simptomları adi soyuqdəymə və ya qrip əlamətlərinə bənzəyə bilər, buna görə də infeksiyanın dəqiq müəyyən edilməsi üçün testdən keçmək lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) Rusiya mediasına bildirilib.

“COVID-19, qrip və digər respirator infeksiyaların simptomları üst-üstə düşə bilər. Buna görə də yalnız simptomlara əsaslanaraq infeksiyaya hansı respirator virusun səbəb olduğunu dəqiq müəyyən etmək mümkün deyil”, - qurum qeyd edib.

ÜST əlavə edib ki, xəstəliyin səbəbinin müəyyənləşdirilməsi müalicə üsuluna və ya ictimai səhiyyə sahəsində qərarların qəbuluna təsir göstərə biləcəyi hallarda testlərin aparılması zəruridir.

Beynəlxalq təşkilat bundan əvvəl yeni PJ.2.1 koronavirus ştammının dünyada yayılma riskinin artdığını iddia etmişdi.