BAKI, 8 noyabr. TELEQRAF
Noyabrın 7-də Yeni Zelandiyada keçirilən seçkilərin nəticələrinə əsasən, heç bir siyasi blok parlamentdə çoxluq əldə edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Qeyd edilib ki, bu səbəbdən ölkədə yeni hökumətin formalaşdırılması bir neçə həftə çəkə bilər.
Yerli seçki komissiyasının ilkin məlumatına görə, hazırkı Baş nazir Kristofer Laksonun rəhbərlik etdiyi sağ-mərkəzçi Milli Partiya səslərin 29,21 faizini toplayaraq parlamentdə 42 mandat qazanıb. Kris Hipkinsin rəhbərlik etdiyi sol-mərkəzçi Leyboristlər Partiyası isə 29,36 faiz səslə 36 mandat əldə edib.
Analitiklərin fikrincə, hər iki tərəfin hakimiyyətə gəlməsi üçün parlamentdə minimal çoxluğu təmin edəcək mürəkkəb koalisiya danışıqları aparması lazım gələcək.
Yeni hökumətin formalaşdırılması mümkün olmasa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi də gündəmə gələ bilər.