BAKI, 20 iyul. TELEQRAF

2026-cı ilin ilk altı ayı ərzində Rusiya ilə Tacikistan arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb.

Teleqraf Tacikistan KİV-inə istinadən xəbər verir ki, cari ilin yanvar–iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,316 milyard dollara çatıb.

Qeyd edək ki, Rusiya Tacikistanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə qərarlaşıb. Belə ki, ölkənin ümumi ticarət dövriyyəsində Rusiyanın payı təxminən 20 faiz təşkil edir. Birinci yerdə isə 26 faizlik göstərici ilə Çin qərarlaşıb.