BAKI, 27 aprel. TELEQRAF
Qırğızıstanda yeni tədris ilinin başlanma vaxtı sentyabrın 15-nə təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin təhsil və elm naziri Doqdurkul Kendirbayeva bildirib.
Nazirin sözlərinə görə, bu qərar ölkədə keçiriləcək irimiqyaslı beynəlxalq tədbirlərlə əlaqədardır:
"Tədris ilinin bir qədər gec başlamasına səbəb Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti və Dünya Köçəri Oyunlarının keçirilməsidir".